Prokuror valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia
qaldıra biləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və
valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə
çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və
valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan
şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif olunub.
Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan
uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr
valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.