Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib

Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib

Baxış sayı: 2. 865 dəfə baxılıb.

Promete: Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib

Sosial şəbəkələrdə xeyli məşhurlaşan “Popumuz var” verilişinin budəfəki qonağı reper Promete olub.

ÇıxışYolu.Com xəbər verir ki, o, aparıcılığını Murad Arifin etdiyi verilişdə reper Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırıb:

“Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib-etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyəti yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməli idi ki, “Əcəb etmişəm. Bu, mənim öz işimdir”. Hətta bu videoları davam da edə bilərdi. “Artıq porno sahəsinə keçmişəm”. Ancaq demədi. Səhvi də bu oldu.

O insanı camaat öldürdü. İmkan verməməli idi ki, insanlar şəxsi həyatına burnunu soxsun. Gərək, özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakimə edənləri də sərt sözlə susdurardı. Nəticədə, Nağılbaz kimi beyini itirdik”.

Sözügedən fraqmenti təqdim edirik:

.
www.ÇıxışYolu.Com