b82f8038-e002-4e2a-bcec-dc9817033831..jpg

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

Baxış sayı: 667 dəfə baxılıb.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində
təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət
işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş
Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri
Müşfiq Atakişiyevin son söz deməsi gözlənilsə də, o, son söz üçün yenidən
məhkəmədən vaxt istəyib.

Məhkəmə mayın 10-dək təxirə salınıb.

Xatırladaq ki, ötən prosesdə Dəyanət Quliyev və Samir Quliyev son söz
deyiblər, Müşfiq Atakişiyev son söz üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, dövlət ittihamçısı Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir
Quliyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Baş Prokurorluğun yaydığı məlumata görə, “Təfəkkür” Universitetinin prorektoru
Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə
bağlı cinayət işi başlanıb, həyata keçirilən istintaq-əməliyyat tədbirləri
nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa ediliblər.

İbtidai istintaq zamanı məlum olub ki, həmin universitetin rektoru vəzifəsində
işləmiş Müşviq Atakişiyev Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə
sifariş verib. D.Quliyev isə bunu Samir Quliyevə tapşırıb.

Toplanmış sübutlara əsasən, rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna
maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul
müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət
Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə
gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi
həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı
şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından
birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə
zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət
Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adamöldürmədə təşkilatçı), Samir
Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adamöldürmə)
maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs
qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev “Təfəkkür”
Universitetinin rektoru olub. “Təfəkkür” Universiteti 2017-ci ildə ləğv edilib.

Source link