571a0478-bdb2-48c5-b674-d9ebcef91b3e..jpg

Psixoloq Kamilla Əfəndiyeva: “İştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda iştirak edirlər”

Baxış sayı: 537 dəfə baxılıb.

Psixoloq Kamilla Əfəndiyeva: “İştirakçılar psixoloji travmalardan qurtulmaq
üçün festivalda iştirak edirlər”

“İstəyərdim ki, “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr
festivalı kimi tədbirlərin sayı artsın”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Nine Sense”
festivalının iştirakçısı psixoloq Kamilla Əfəndiyeva deyib.

O qeyd edib ki, iştirakçılar psixoloji travmalardan qurtulmaq üçün festivalda
iştirak edirlər:

“Nine Senses Fest” festivalı mənim çox xoşuma gəldi. İştirakçılar da bu
tədbirdən həzz alırlar. “Nine Sense” festivalının iştirakçılarına psixoloji
dərslər keçirəm. Onları arzularına və niyyətlərinə çatmaqda psixoloji travma və
problemlərdən uzaqlaşdırmağa çalışıram.

Arzularımıza necə çatacağımız üzərində işləyirik. İnanıram ki, bütün
iştirakçılar nəinki psixoloji travmadan qurtulmaq, eləcə də ruh yüksəkliyini
əldə etmək üçün buraya toplaşıblar. Əminəm ki, bu görüş təsadüfi deyil”.

Nəzrin Vahid

Source link