Psixoloq: Uşaqlar intihar edirsə, məsuliyyəti valideyndədir

Psixoloq: Uşaqlar intihar edirsə, məsuliyyəti valideyndədir

Baxış sayı: 2. 351 dəfə baxılıb.

Psixoloq: Uşaqlar intihar edirsə, məsuliyyəti valideyndədir

Uşaqlar intihar edirsə, bunun məsuliyyəti valideyndədir.

Bunu ÇıxışYolu.Com-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, qəbul imtahanına hazırlaşan abituriyentin valideyni övladının həm fənn, həm də psixoloji hazırlığının qeydinə qalmalıdır:

“İmtahan verənlərin böyük bir qismi yeniyetmələrdir. Onlar həyacanlı, emosional olur və ani qərarlar verə bilirlər. Bizim valideynlər də onlar qədər gərgin olur və övladına çəkdiyi əziyyətin nəticəsini görmək istəyir. Arqumentləri də odur ki, bir neçə il əziyyət çəkib uşağımın hazırlığına müəyyən xərclər çəkmişəm və qohumlarıma, iş yoldaşlarıma övladının imtahanlarda yüksək nəticə göstərməsini bildirmək istəyirəm. Tərəflərin istəmədən hər ikisinin bir-birini “yükləmiş” olması uğursuzluqla nəticələnir”.

Psixoloq bildirib ki, imtahan ərəfəsində valideynlər övladları ilə diqqətli davranmalıdırlar:

“Bu məsələdə ailələr arasında da fərqlər var. Abituriyent var ki, 500 bal yığır ailəni qane etmir. Hər bir ailə bu prosesə müxtəlif formalarda reaksiya verirlər. Elə uşaqda var ki, 250 bal yığır və ailə sevinir ki, əsas odur ki, uşağım universitetə keçid balını yığıb. Ona görə də, əsas biz onu vurğulayırıq ki, imtahandan sonra heç olmasa 10 günə yaxın valideynlər övladları ilə diqqətli davranmalıdırlar.

Valideynlər “mən üzərimə düşən məsuliyyəti etmişəm” fikirlərini əsas gətirirlər. Amma bütün hallarda uşağa nəsə olursa, məsuliyyəti valideynin üzərindədir. Çünki hadisə baş verəndən sonra valideyn ömür boyu əziyyət çəkir. Hər bir valideyn bilməlidir ki, yeniyetmələr bu dönəmdə həssasdılar və uşağına münasibəti yaxşı saxlamalıdırlar. Azərbaycanda illərdir ki, universitetlərə qəbul imtahanından sonra bu praktika yaşanır”.

Elnur Rüstəmov qeyd edib ki, çoxlu sayda insanlar olur ki, intihardan xilas edilir:

“Ölümlə nəticələnən hadisələr mediaya çıxır, amma xilas edilənlər var ki, onlar mediaya çıxmır. O qədər adam var ki, imtahandan sonra bu cür addımlar atır. Vaxtında onlara müdaxilə edilir, psixoloqlar dəstək olurlar və bu vəziyyətdən çıxarırlar”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com