d67e14ba-0edb-48ab-b131-285f2cbebc0f..jpg

PSJ ən yaxın izləyicisinə aman vermədi – VİDEO

Baxış sayı: 640 dəfə baxılıb.

PSJ ən yaxın izləyicisinə aman vermədi – VİDEO

Fransada Liqa 1-in lideri PSJ doğma meydanda rəqibinə aman verməyib.

Çempionatın 31-ci turunda paytaxt komandası hazırda ikinci pillədə qərarlaşan
“Lans”ı qonaq edib.

Matçın 19-cu dəqiqəsində “Lans”ın dayaq yarımmüdafiəçisi Abdul Samed birbaşa
qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən yaxşı istifadə edən Paris
klubu 9 dəqiqə ərzində ən yaxın izləyicisinə üç cavabsız qol vuraraq
qarşılaşmanın taleyini həll edib.

Qonaqların gücü yalnız penaltidən vurulan təsəlli qoluna çatıb – 3:1.

Qeyd edək ki, bu nəticədən sonra komandalar arasındakı xal fərqi 9-a (72 – 63)
yüksəlib.


Source link