PSJ ən yaxın izləyicisinə uduzdu – VİDEO
Fransa çempionatının XXIII turunda keçirilən oyunda “Monako” öz meydanında
PSJ-ni məğlub edib – 3:1.
Matç Monte-Karlodakı “Lui II” stadionunda baş tutub.
Parislilər sonuncu dəfə 2021-ci ilin dekabrında “Monako”nu yenə bilib. “Park
de Prens”dəki oyunda Kilian Mbappe dubl etmişdi.
Həmin matçdan sonra “PSJ” ardıcıl üç dəfə “Monako”ya qalib gələ bilməyib.
Keçən il martın 20-də monakolular rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər,
2022-ci il avqustun 28-də baş tutan görüşdə isə heç-heçə qeydə alınıb – 1:1.
XXIII turdakı məğlubiyyətə baxmayaraq, parislilər turnir cədvəlində
liderliyini davam etdirirlər. Komandanın aktivində 54 xal var.