c945b7cc-1f5e-40c5-ba19-8d7c322645cb..jpg

PSJ azlıqda səfərdə qələbə qazandı – VİDEO

Baxış sayı: 387 dəfə baxılıb.

PSJ azlıqda səfərdə qələbə qazandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Liqa 1-də 14-cü tur çərçivəsində lider PSJ Havr şəhərinin eyniadlı
komandasının qonağı olub.

Matç parislilər üçün heç də yaxşı başlamayıb. Belə ki, artıq 10-cu dəqiqədə
qapıçı Donnarumma kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Lakin cəmi 13 dəqiqə sonra Mbappe ev sahiblərini məyus edib. 89-cu dəqiqədə
isə Vitinya fərqi artıraraq qarşılaşmada son nöqtəni qoyub – 0:2.

Azlıqda qalmasına baxmayaraq, paytaxt klubu oyundan 3 xalla ayrılmağı bacarıb
və liderliyini möhkəmləndirib.

Bu nəticədən sonra PSJ 33 xalla turnir cədvəlinə başçılıq edir. Onun rəqibi
isə 16 xalla 9-cudur.


Source link