40342ecb-661e-4e2a-a927-15a4edbbc702..jpg

PSJ-də baş məşqçi postuna yeni namizəd

Baxış sayı: 929 dəfə baxılıb.

PSJ-də baş məşqçi postuna yeni namizəd

İtaliya millisinin baş məşqçisi Roberto Mançini PSJ-ni çalışdıra bilər.

Paris klubunun rəhbərliyi hazırkı “sükançı”sı Kristof Qaltyedən narazıdır və
onunla yolları ayıracaq. PSJ bu postu italyan mütəxəssisə həvalə etmək istəyir.

Mançininin təklifə isti yanaşdığı bildirilir. Tərəflərin artıq danışıqlara
başladığı iddia edilir.

Daha əvvəl bir neçə mütəxəssisin adı PSJ ilə yanaşı hallansa da, Roberto
Mançininin namizədliyi ilk dəfə müzakirə olunur.

Mənbə: “II Messaggero”

Source link