3b477b12-0f6a-4e4c-8621-0b1052cec3c0..jpg

PSJ-dən səfərdə çətin qələbə – VİDEO

Baxış sayı: 575 dəfə baxılıb.

PSJ-dən səfərdə çətin qələbə – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Liqa 1-də 20-ci tura start verilib.

Cixisyolu.com xəbər verir ki, ilk gündə bir görüş baş tutub.

Səfərdə “Strasburq”la qarşılaşan lider “Paris Sen-Jermen” (PSJ) çətin qələbəyə
sevinib. PSJ 2:1 hesabı ilə qalib gəlib.

Oyunun yeddinci dəqiqəsində PSJ-nin hücumçusu Kilian Mbappe penaltini dəqiq
yerinə yetirə bilməyib. Lakin 32-ci dəqiqədə o, Marko Asensiodan ötürməsi ilə
hesabı açıb.

49-cu dəqiqədə PSJ-nin ikinci qolunu Asensio vurub. 68-ci dəqiqədə hücumçu
Dilan Bakva Qabriela Anjelonun ötürməsi ilə “Strasburq” bir qol vurub.

Beləliklə, PSJ 2023/2024 mövsümü üçün Fransanın Liqa 1 turnir cədvəlində
birinci yerdədir. Komanda 20 görüşdən sonra 47 xal toplayıb. “Strasburq” 25
xalla 10-cu yerdədir. Fransa çempionatının turnir cədvəlinə “Paris Sen-Jertmen”
(47) başçılıq edir.

Source link