7d196732-6d22-4788-b050-f53b51a97ae8..jpg

PSJ Kilian Mbappenin boşluğunu “Napoli”nin futbolçuları ilə doldurmaq istəyir

Baxış sayı: 486 dəfə baxılıb.

PSJ Kilian Mbappenin boşluğunu “Napoli”nin futbolçuları ilə doldurmaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kilian Mbappenin komandadan getməsindən sonra PSJ hücum xətti üçün “Napoli”nin
iki futbolçusu ilə maraqlanmağa başlayıb.

Məlumata görə, Fransa klubu Viktor Osimhen və Xviça Kvaratsxeliyanın keçidində
maraqlıdır.

Klub rəsmiləri Kilian Mbappeni komandada saxlamaq üçün çox çalışsalar da,
bacara bilməyiblər. Fransalı ulduz yeni mövsümdən etibarən “Real Madrid”
klubunda çıxış edəcək. PSJ isə Viktor Osimhen və Xviça Kvaratsxeliyanın keçidi
üçün “Napoli” ilə danışıqlara başlayıb.

Qeyd edək ki, İtaliya klubu istədiyi məbləğin ödənəcəyi təqdirdə keçidə icazə
verəcəyini bildirib.

Mənbə: Goal.com

Source link