34854053-7c95-4657-b0a9-8abef51f3b49..jpg

PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq

Baxış sayı: 420 dəfə baxılıb.

PSJ Mbappenin əvəzinə gənc ulduz alacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Paris Sen-Jermen” klubu komandanı tərk edəcək əsas forvardı Kilian
Mbeppeyə əvəzləyici tapıb.

Parislilər “Milan”ın hücumçusu Rafael Leaunu almaq istəyirlər. Lakin mümkün
keçidin təfərrüatları hələ dəqiqləşdirilməyib.

Xatırladaq ki, Mbappenin azad agent kimi “Real Madrid”lə müqavilə imzalamağa
yaxın olduğu bildirilir.

Qeyd edək ki, Leau 2019-cu ildən “Milan”da çıxış edir. Bu mövsüm cinah
yarımmüdafiəçisi “rossonyerilər”in heyətində bütün turnirlərdə 27 oyun keçirib,
6 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə
futbolçunun təxmini dəyəri 90 milyon avrodur.

Mənbə: championat.ru

Source link