8e216e3d-eb84-4aac-8e3d-2dc69b0218f9..jpg

PSJ-nin baş məşqçisi futbolçularının şəxsi həyatını nəzarətdə saxlayıb

Baxış sayı: 446 dəfə baxılıb.

PSJ-nin baş məşqçisi futbolçularının şəxsi həyatını nəzarətdə saxlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin baş məşqçisi Luis Enrike klubun futbolçularına xüsusi izləmə təşkil
edib.

Xəbəri yayan mənbə qeyd edib ki, L.Enrike köməkçisini Parisin gecə klublarına
göndərərək oyunçularının gizli yığıncaqlarda iştirak edib-etmədiyini öyrənməyə
çalışıb.

L.Enrikenin köməkçisi, həmçinin futbolçuların sosial şəbəkə hesablarını
nəzarətdə saxlayıb, futbolçulara mənfi təsir göstərə biləcək mesajları diqqətdə
saxlayıb.

Bundan əlavə, L.Enrike komanda üçün məşq bazasında məcburi qeydiyyat sistemi
tətbiq edib.

Qeyd olunur ki, L. Enrikenin rəhbərliyi altında komandanın nizam-intizamı onun
məşqçi kimi əsas prinsiplərindən biridir.

Mənbə: L’Équipe.

Source link