24022089-386a-4790-93c2-656a27bbbb8b..jpg

PSJ-nin prezidentindən Türkiyəyə 50 milyonluq yardım

Baxış sayı: 3. 093 dəfə baxılıb.

PSJ-nin prezidentindən Türkiyəyə 50 milyonluq yardım

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Türkiyədə baş verən zəlzələlərdən əziyyət
çəkənlərə yardım məqsədi ilə təşkil olunan “Çiyin-Çiyinə” kampaniyasına qoşulub.

Canlı yayımlanan proqrama telefon zəngi ilə qatılan qətərli milyarder kədərini
ifadə edib və bütün səmimiyyəti ilə əlindən gələn yardımı əsirgəmədiyini
söyləyib. O, ianə etdiyi məbləği açıqlamayıb.

Proqramın aparıcısı Acun İlıcalı isə PSJ rəhbərinin nə qədər yardım etdiyini
açıqlayıb. Əl-Xelaifi ümumilikdə 50 milyon lirə (4,5 milyon manat – red.) ianə
edib.

PSJ rəhbəri yardımı sahibi olduğu klub, “beIN Media Group” və Avropa Klublar
Assosiasiyası adına etdiyini bildirib.

Mənbə: “Haber7”

Source link