PSJ-nin qapıçısının evinə hücum olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
PSJ klubunun qapıçısı Aleksandr Letelyenin Fransanın İvelin departamentindəki
evinə hücum olunub.
Məlumata görə, naməlum şəxslər evin bağçasına daxil olduqdan sonra qapıçı və
həyat yoldaşı həyəcan siqnalının səsinə oyanıblar. Onlar dərhal polisə müraciət
ediblər. Həmin vaxt evdə, həmçinin iki azyaşlı uşaq olub.
Evə soxulan cinayətkarlar bıçaq çəkməklə pul və qızıl-zinət əşyaları tələb
ediblər, həmçinin Letelyenin həyat yoldaşının üzünə vurublar.
Qeyd edək ki, hadisə yerinə gələn polis dörd cinayətkardan üçünü həbs edib.
Mənbə: matchtv.ru