bd43baff-60d0-489b-ad4c-a63b06802658..jpg

PSJ-nin sahibi İngiltərənin nəhəng klublarından birini almağı düşünür

Baxış sayı: 789 dəfə baxılıb.

PSJ-nin sahibi İngiltərənin nəhəng klublarından birini almağı düşünür

Fransanın PSJ klubunun səhmdarı “Qatar Sports Investments” İngiltərənin
“Liverpul” və ya “Mançester Yunayted” klubunu almağı düşünür.

Şirkətin məqsədi yuxarıda adı qeyd olunan iki klubdan birinin səhmlərinin tam
hissəsini almaq, yaxud da müəyyən pay sahibinə çevrilməkdir.

Mənbə iddia edir ki, hətta tərəflər arasında danışıqların ilkin mərhələsi də
baş tutub.

Bundan əlavə, “Qatar Sports Investments”in rəhbəri, PSJ-nin prezidenti Nasser
Əl-Helaifi bu yaxınlarda “Tottenhem” prezidenti Daniel Levi ilə görüşüb və
London klubunda pay almaq niyyətini ona çatdırıb.

Mənbə: Bloomberg

Source link