a9a02f13-4f51-4446-91bb-32d0bfe35c08..jpg

PSJ-nin ulduz oyunçusu da Səudiyyəni seçdi – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

PSJ-nin ulduz oyunçusu da Səudiyyəni seçdi – FOTO

Niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldum Səudiyyənin “Əl-İttifak” futbol
klubu ilə üç illik müqavilə imzaladı.

Bu barədə məşhur jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabından
məlumat yayıb.

O bildirib ki, Veynaldum Səudiyyə klubunda Cerrard və Hendersona qoşulacaq.
PSJ isə bu sövdələşmədən 10 milyon avro paket alacaq.

Xatırladaq ki, “Əl-İttifaq”a “Liverpul”un əfsanəsi Stiven Cerrard rəhbərlik
edir, səudiyyəlilər həmçinin İngiltərə klubunun keçmiş kapitanı Cordan
Hendersonla da müqavilə imzalayıb.

Veynaldumun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər
qüvvədədir.

Niderlandlı yarımmüdafiəçi 2022/2023 mövsümünü icarə əsasında İtaliyanın
“Roma” klubunda keçirib. Oyunçu klubun heyətində 23 oyuna çıxıb, iki qol vurub.

“Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 12 milyon
avrodur.

Qeyd edək ki, son bir neçə ildir Səudiyyə Ərəbistanı klubları Avropanın top
komandalarında oynayan futbolçuları ardıcıl olaraq heyətlərinə cəlb edirlər.

Gini Wijnaldum has just signed as new Al Ettifaq player from Paris
Saint-Germain, medical tests also completed 🟢🔴🇸🇦

Three year contract, €10m package to PSG for permanent transfer.

Gerrard wanted Gini who’s gonna play next to Jordan Henderson.
pic.twitter.com/gaNqkICpVf
— Fabrizio Romano (@FabrizioRomano) September 2, 2023

Source link