27019731-aba9-4365-8814-d11af4d9dba5..jpg

PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər

Baxış sayı: 372 dəfə baxılıb.

PSJ “Real Madrid” ulduzunu Mbappe ilə dəyişə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın PSJ klubu gələn yay “Real Madrid”ə keçmək ehtimalı olan Kilian
Mbappenin əvəzinə həmin komandanın vingeri Vinisius Junioru istəyir.

Məlumata görə, parislilər “Real”a 200 milyon avro ödəməyə hazırdırlar.

Bildirilir ki, İngiltərənin “Liverpul” və “Çelsi” klubları da Vinisiusla
maraqlanırlar.

Qeyd edək ki, bu mövsüm Vinisius bütün yarışlarda 28 matçda iştirak edib, 18
qol vurub və 8 məhsuldar ötürmə edib.

Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 150
milyon avrodur. Vinisiusun klubla hazırkı əmək müqaviləsi 30 iyun 2027-ci ilə
qədərdir.

Mənbə: championat.com

Source link