UEFA “Pari Sen-Jermen”i iki ən bahalı futbolçusundan birini satmağa məcbur edə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, UEFA bu gün PSJ-nin 2017-ci ilin yay transfer kampaniyası zamanı maliyyə “fair play” prinsiplərini pozmasına dair qərar qəbul edəcək.
Beynəlxalq qurum parislilərdən Neymar və ya Mbappeni satmağı tələb edə bilər. Bu şərt qəbul edilməyəcəyi təqdirdə Fransa klubunu böyük məbləğdə cərimə gözləyir.
Hazırda “Real” iki forvarddan birini almağa və bununla da “Yuventus”a transfer olunan Kriştianu Ronaldunun gedişindən sonra yaranan boşluğu doldurmağa hazırdır.
Qeyd edək ki, Mbappenin qiyməti 150 milyon avro, Neymarınkı isə – 180 milyon avro göstərilir.