484ebd4c-9e79-40b5-846f-fd489c3eaf4f..jpg

PSJ vaxtından əvvəl Fransa çempionu oldu

Baxış sayı: 380 dəfə baxılıb.

PSJ vaxtından əvvəl Fransa çempionu oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ Fransa Liqa 1-in qalibi olub.

Paris komandası çempionatın bitməsinə üç tur qalmış titul ala bilib.

Bu gün, aprelin 28-də Fransa Liqa 1-də 31-ci turun “Lion” və “Monako”
komandalarının qarşılaşdığı matç baş tutub. Görüş Lionda (Fransa) “Qrupama”
stadionunda keçirilib. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa
çatıb.

Beləliklə, bugünkü oyundan sonra “Monako” 58 xalla qalıb. Fransa çempionatında
mövsümün başa çatmasına üç tur qalmış turnir cədvəlinin ikinci pilləsində
qərarlaşan moneqasklılar PSJ-dən 12 xal geri qalıblar. Bu, Paris klubuna Liqa
1-in çempion titulunu təmin edib.

Xatırladaq ki, PSJ üç mövsümdür Liqa 1-də qızıl medallar qazanır.

Mənbə: champinat.com

Source link