Almaniyanın Şlezviq-Qolşteyn torpağının məhkəməsi Kataloniyanın keçmiş separatçı lideri Karles Puçdemonu girov müqabilində sərbəst buraxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “EFE” məlumat yayıb.
Puçdemonun müvəqqəti olaraq azadlığa çıxdığı bildirilir, belə ki, hazırda onun İspaniyaya ekstradisiyası məsələsinə baxılır.
Habelə “Deutsche Welle” yazır ki, məhkəmənin çıxardığı qərara görə, Madridin Puçdemonu dövlətə qarşı qiyamda ittiham etməsi ekstradisiya üçün əsas sayıla bilməz. Puçdemon yalnız dövlət vəsaitinin talan edilməsi və oxşar əsaslı ittihamların irəli sürüləcəyi təqdirdə Madirdə təhvil veriləcək.
Mart ayında İspaniya ali məhkəməsi Puçdemon və ölkə xaricində mühacir həyatı yaşayan digər kataloniyalı siyasətçilər barəsində beynəlxalq həbs orderi verib.
Bundan bir müddət sonra Puçdemon Almaniya-Danimarka sərhədində saxlanılıb.