Almaniyanın Noymünster şəhər məhkəməsi Kataloniyanın keçmiş lideri Karles Puçdemon barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Qaçaq separatçı lider ötən ilin oktyabr ayından bəri yaşadığı Belçikaya qayıdan zaman martın 25-də Almaniyanın şimalında həbs olunub.
Almaniyanın ədliyyə orqanları Puçdemonun İspaniyaya ekstradisiyası məsələsini müzakirə etmək niyyətindədir. Yekun qərar aprelin 1-dən sonra qəbul olunacaq.
Bundan əvvəl yayılan xəbərə görə,keçmiş Kataloniya lideri məhz İspaniya hökumətinin Şlezviq prokurorluğuna göndərdiyi həbs orderi əsasında saxlanılıb.
İspaniyada o, Kataloniyanın müstəqilliyi naminə vətəndaşları üsyana təhrik etməkdə ittiham olunur.
F.M.
www.ÇıxışYolu.Com