Pulitzer mükafatı laureatı dünyasını dəyişdi

Pulitzer mükafatı laureatı dünyasını dəyişdi

Baxış sayı: 2. 171 dəfə baxılıb.

ABŞ-ın ən məşhur roman yazarlarından olan Filip Rot 85 yaşında dünyasını dəyişib. 

ÇıxışYolu.Com xəbər verir ki, Rotun “Azad edilmiş Tsukerman”, “Amerikaya qarşı sui-qəsd”, “Həyəcan” və digər romanları dünyaca məşhurdur. 

O, dəfələrlə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub, ancaq onu qazanmayıb. 

Bununla yanaşı, yazıçı dünyanın bir çox prestijli ədəbiyyat mükafatlarının laureatı olub. O, 1998-ci ildə “Amerika pastoral”ına görə Pulitzer və 2011-ci ildə Beynəlxalq Buker mükafatlarını qazanıb. 

Filip Rot 30-dan çox romanın müəllifidir. Onlardan sonuncusu 2009-cu ildə işıq üzü görüb.

www.ÇıxışYolu.Com