Müasir dövrdə “ödənişsiz hüquqi yardım” ideyasını mahiyyət etibarilə əsas insan hüquq və azadlıqlarından ayrı təsəvvür etmək mümkün deyil. Bu hüquq dünya ölkələrinin əksəriyyətində konstitusiya səviyyəsində təsbit olunub.
Belə ki, hüquqi yardım sisteminin təşkili və maliyyələşdirilməsinə ölkədə mövcud olan siyasi mühit, sosial proseslər, həmçinin müxtəlif peşə birliklərinin oynadığı rol mühüm təsir göstərir.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almağa haqqı var və qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
Bir sözlə, Konstitusiyamız sosial cəhətdən həssas olan insan qruplarına göstəriləcək ödənişsiz hüquqi yardım sisteminin qanunvericilik reqlamentasiyasının müəyyənləşdirilməsinin prinsip istiqamətlərini dəqiq əks etdirir.
Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun həyata keçirdiyi “Hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə” çərçivəsində vətəndaşlara ödənişsiz şəkildə hüquqi məsləhətlərin verilməsi istiqamətində işə start verilib.
Xidmətlərdən həftənin beş iş günü saat 10:00-dan 17:00-dək yararlana bilərsiniz. Müraciət üçün aşağıda göstərilən telefon nömrəsinə zəng edə və ya müvafiq ünvana yaxınlaşa bilərsiniz. Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi özünüzlə gətirməyiniz xahiş olunur.
Telefon: (+994 12) 539 58 06
E-mail: legalaid@science.az
Ünvan: AZ1073, Azərbaycan, Bakı şəhəri, H.Cavid pr., 115. (AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu)