2ad13707-95e3-4fdd-9c15-a2bd6916ef79..jpg

Pulu bankda, yoxsa “yastıq altında” saxlayaq?

Baxış sayı: 600 dəfə baxılıb.

Pulu bankda, yoxsa “yastıq altında” saxlayaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda
banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin
ilk səkkiz ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat
saxlanılırdısa, bu rəqəm doqquz ayın yekunlarında 14 milyard 741 milyon manat
olub”.

Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

V.Bayramov bildirib ki, bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd
pulun həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq beş
milyard manata çatmaqdadır:

“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun
maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin
pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür.

Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması
istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu
kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni
birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar
vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.

Source link