Havay adasında Kilauea vulkanın püskürməsi nəticəsində lavalardan bir hissə yerli sakinin üzərinə düşüb.
ÇıxışYolu.Com Gazeta.ru-ya istinadla xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Kişi evinin eyvanında olan zaman ayağına lava hissəciyi sıçrayıb.
Qeyd olunur ki, həmin şəxs Havayda vulkandan xəsarət çəkən ilk sakindir.