Putin ən yeni silahların yaradıcıları haqqında danışdı

Putin ən yeni silahların yaradıcıları haqqında danışdı

Baxış sayı: 2. 352 dəfə baxılıb.

Rusiyanın ən yeni silah sistemlərindən biri ali məktəbi bitirən kimi işə başlamış gənc alimlər tərəfindən hazırlanıb.

ÇıxışYolu.Com “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ümumilli rektorlar şurasının iclasında bildirib.

“Onlardan soruşuram: siz haradan gəlib çıxmısız?  Mənə cavab verirlər: qrant ayrılan kimi, ali təhsil ocağından bütün qrupla gəldilər, kollektiv qurub yeddi il ərzində ən güclü, ən müasir zərbəçi döyüş sistemini yaratdılar”, – deyə Rusiya lideri qeyd edib.  

Çıxışında Putin ən müasir Rusiya silahlarından o cümlədən,  yüksək dəqiqlikli “Kinjal” aviaraket kompleksi, “Sarmat” qitələrarası ballistik raketi və səs sürətini aşan “Avanqard” raket kompleksindən söz açıb.

.
www.ÇıxışYolu.Com