Putin: Ərdoğan geri çəkilməyəcək

Putin: Ərdoğan geri çəkilməyəcək

Baxış sayı: 2. 638 dəfə baxılıb.

Türkiyənin Rusiyadan S-400 raket komplekslərinin almasını, yalnız bu ölkə özü həll etməlidir, Ankaraya kənardan təzyiq etmək haqsızlıqdır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı yerli və xarici informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli maraqlarını qoruyacaq, təzyiqlərə tabe olmayacaq və güzəştə getməyəcək.

“Müxtəlif təzyiq alətləri daha çox ölkələri əhatə edir. Hazırda bizdən S-400 sistemlərinin tədarük edilməsi ilə bağlı. Çox qəribədir. Türkiyə NATO ölkəsidir, lakin o, ən müasir hərbi sistemləri NATO ölkəsi olmayan dövlətdən almağa qərara gəlib. Nə olsun ki? Bu cinayətdir?”, – Putin sual ünvanlayıb.

Rusiya prezidenti həmçinin bəyan edib ki, Ərdoğanın xasiyyətinə bələddir və çətin ki, kimsə ona təzyiq edə bilsin:

“Əksinə, hesab edirəm ki, Türkiyə prezidenti istəsə belə geri çəkilməyəcək, çünki o, ilk növbədə milli maraqları qoruyur”.

www.ÇıxışYolu.Com