Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət İstintaq Komitəsinin bir neçə əməkdaşını işdən azad edən sərəncam imzalayıb.
“RİA Novosti” xəbər verir ki, sənədin mətni hüquqi mühafizə orqanlarının internet portalında dərc edilib.
Əmrə əsasən, bu dövlət qurumlarında çalışan 10 general vəzifələrindən azad edilib.
Eyni zamanda, Putin Daxili İşlər Nazirliyinin 16 zabitinə general-mayor və general-leytenant rütbələri verib.