ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.
“Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz.
Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib”, – deyən Putinin sözlərinə görə, Rusiya başqa ölkələrin işlərinə qarışmır:
“Müdaxilə ilə hansısa məqsədə nail ola biləcəyimizi düşünmürəm. Məqsəd yoxdur. Gəlin, hədəfin nə olacağını təsəvvür edək. Nəyə görə? Müdaxilənin özü üçün?
ABŞ daima Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com