Rusiya prezidenti Vladimir Putin İran-İsrail qarşıdurması ilə bağlı ABŞ-ın tələblərinə qarşı çıxıb, rəsmi Vaşinqtona rədd cavabı verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə İsrail qəzetlərindən biri məlumat yayıb.
Qeyd olunur ki, bu iddanı ABŞ prezidenti Donald Trampın beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton irəli sürüb. Onun sözlərinə görə, Putin İsraillə bağlı məsələdə İrana qarşı heç bir təzyiq göstərməyəcəklərini bildirib.
Bununla belə, ABŞ rəsmisi İranla Rusiyanın maraqlarının heç də hər zaman eyni olmadığını bildirib və əlavə edib ki, bu məsələ ilə bağlı lazım gəldiyi təqdirdə, Rusiya ilə təkrarən danışıqlar aparacaqlar.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com