7b06e4d9-2d3d-493f-b414-5dc698c96151.png

Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına toxundu

Baxış sayı: 40 dəfə baxılıb.

“Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya
proseslərinin başlamasını qeyd etmək çox xoşdur”.

Cixisyolu.com-ın “Sputnik”ə istinadla verdiyi məlumata görə, bunu Rusiya Prezidenti
Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin
“Outreach”/”BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib.

“Bu, sülh müqaviləsinə doğru gedən düzgün yoldur və bu gün Azərbaycan
Prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz faktı tədbirimizin
xeyrinədir”, – deyə o bildirib.

Rusiya lideri, həmçinin, Ermənistanın Azərbaycan və regionun digər ölkələri
ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu qeyd edib.

Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və
delimitasiya proseslərinin başlamasına toxundu
Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya
proseslərinin başlamasına toxundu

Source link