Putin Belarusla bağlı qanun imzaladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Prezidenti Vladimir Putin hərbi qulluqçuların birgə təlimləri üzrə
döyüş hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında Belarusla
sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Saziş 2023-cü il martın 28-də Minskdə imzalanıb. Sazişdə Rusiya və Belarus
silahlı qüvvələri hərbi qulluqçularının birgə hazırlığı, onların döyüş
hazırlığı tapşırıqlarının praktiki sınaqdan keçirilməsi, döyüş növbətçiliyi,
koordinasiya və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi üçün nəzərdə
tutulmuş döyüş hazırlığı mərkəzlərinin yaradılması və istifadəsi zamanı
tərəflər arasında qarşılıqlı fəaliyyət qaydaları müəyyən edilib.
Sənəddə bildirilib ki, belə mərkəzlər iki ölkənin müdafiə nazirliklərinin
birgə qərarları əsasında açılacaq, onların fəaliyyət istiqamətləri, tərkibi,
strukturu, sayı, yerləşmə yerləri, formalaşma müddətləri və fəaliyyət qaydası
nazirliklər tərəfindən müəyyən ediləcək.
Döyüş hazırlığı mərkəzinin tərkibində müştərək tapşırıqların yerinə
yetirilməsi dövründə hərbi kontingentin şəxsi heyəti, tərəflərin səlahiyyətli
orqanları tərəfindən razılaşdırılmış başqa qərar qəbul edilmədiyi təqdirdə,
milli silahlı qüvvələrdə müəyyən edilmiş geyim formasını və fərqlənmə
nişanlarını daşıyacaq.
Mənbə: TASS