Rusiya prezidenti Vladimir Putin Tuva Respublikasında istirahətdə olarkən özü kabab hazırlayır. Lakin bu kababın hazırlanma resepti açıqlanmır.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tuva Respublikasının rəhbəri Şolban Kara-ool bildirib.
O deyib ki, kabab üçün marinadı Putin şəxsən özü hazırlayır. Onun sözlərinə görə, kabab ov zamanı əldə edilən heyvanların ətindən hazırlanır.
“Prezident ət qızartmağı xoşlayır. Hər şeyi özü edir. Hazırladığı kabab əla alınır”, – deyə Kara-ool qeyd edib.
Kababın hazırlanma reseptinə gəldikdə isə Kara-ool bunu Putinin sirri olduğunu bildirib.