d5d8100f-1dfb-4fcc-94b0-f4cd01e87e79..jpg

Putin Braziliyada həbs olunacaq?

Baxış sayı: 561 dəfə baxılıb.

Putin Braziliyada həbs olunacaq?

Braziliya prezidenti Lula de Silva Rusiya Prezidenti Vladimir Putinin ölkəyə
səfər edəcəyi təqdirdə onu həbs etməyəcəyinə söz verib.

O, bunu Yeni Delhidə keçirilən G20 sammiti zamanı deyib.

Braziliya prezidentinin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin
Vladimir Putin barəsində həbs qərarı çıxarmasına baxmayaraq, Rusiya liderinin
Braziliyaya mümkün səfəri zamanı belə bir risk ehtimalı yoxdur.

“Mən Braziliyanın prezidenti olsam və Putin Braziliyaya gəlsə, həbs
olunmayacaq. Biz sülhü və insanlarla yaxşı rəftar etməyi sevirik. Ona görə də
düşünürəm ki, Putin Braziliyaya təhlükəsiz şəkildə gələ bilər”, – Lula bəyan
edib.

Qeyd edək ki, G20-nin növbəti görüşü gələn il Braziliyanın Rio-de-Janeyro
şəhərində baş tutacaq. Lulanın sözlərinə görə, Rusiya prezidenti də sammitə
dəvət olunacaq.

Xatırladaq ki, ukraynalı uşaqların deportasiyasına görə Beynəlxalq Cinayət
Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Ombudsman Mariya Lvova-Belovanın
həbsinə order verib.

Mənbə: news.ru

Source link