Putin dünyanın yeni xəritəsini hazırlamağı tapşırdı

Putin dünyanın yeni xəritəsini hazırlamağı tapşırdı

Baxış sayı: 1. 660 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin coğrafi obyektlərin düzgün adlarının həkk olunacağı yeni dünya atlasının hazırlanmasına dair sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ötən əsrlərdə, ötən onilliklərdə bizim tədqiqatçı və səyyahların qoyduğu rus adlarının tədricən dünya xəritəsindən çıxarılması, beləcə, Rusiyanın planetin öyrənilməsi və elmlərin inkişafına verdiyi töhfələr haqqında xatirəni silmək cəhdləri ilə qarşılaşırıq”, – deyə Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya tarixi-coğrafi həqiqətlərin və ədalətin təhrif olunmasına biganə qalmayacaq.

Xəritənin hazırlanmasına coğrafiyaşünaslarla yanaşı Rusiyanın dövlət reyestr agentliyi və Müdafiə nazirliyinin ekspertləri də qoşulub.

.
www.ÇıxışYolu.Com