Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının yaz hərbi çağırışı
haqqında fərman imzalayıb.
Sənəd Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.
Yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, 18 yaşdan 30 yaşadək olan
vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olanlara aid idi – red.)
hərbi xidmətə çağırılacaqlar.
Məlumata görə, yaz çağırışı zamanı orduya cəlb olunacaq Rusiya vətəndaşlarının
sayı 150 min nəfər olacaq.
Mənbə: TASS