Putin general Kərim Vəliyevlə görüşdü

Putin general Kərim Vəliyevlə görüşdü

Baxış sayı: 7. 347 dəfə baxılıb.

Fevralın 22-də Rusiyanın paytaxtı Moskvada Kreml Dövlət Sarayında bu ölkənin ordu gününə həsr olunmuş təntənəli gecə keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə nazirləri və digər yüksək rütbəli hərbçilərinin iştirak etdiyi tədbirdə qonaqları Rusiya prezidenti Vladimir Putin qarşılayıb.

Azərbaycan Müdafiə Nazirliyini tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən faktı ÇıxışYolu.Com-a təsdiqləyiblər.

www.ÇıxışYolu.Com