Rusiya prezidenti Vladimir Putin Ukrayna və ya Gürcüstanı NATO-nun tərkibinə daxil etməyə çalışan siyasətçiləri bu qərarın nəticələri ilə bağlı bir daha düşünməyə çağırıb.
ÇıxışYolu.Com bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir.
“Rusiyaya qarşı birbaşa təhdid olan bütün aqressiv hərəkətlərə lazımi cavab veriləcək.
Ukrayna və Gürcüstanın hərbi alyansın tərkibinə daxil olmasının tərəfdarı olan həmkarımız belə məsuliyyətsiz siyasətin mümkün nəticələrini düşünməlidirlər”, – Putin Rusiya Federasiyasının səfirləri və daimi nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Avropada təhlükəsizlik əsasları etimad və əməkdaşlığın inkişafından ibarətdir.
Onun sözlərinə görə, Rusiya sərhədlərində yeni hərbi bazaların yerləşdirilməsi ilə alyans etibarın bərpasına qarşı çıxır.