Putin jurnalistə: Əvvəl araşdırın, sonra müzakirə edin – VİDEO

Putin jurnalistə: Əvvəl araşdırın, sonra müzakirə edin – VİDEO

Baxış sayı: 3. 769 dəfə baxılıb.

Rusiya lideri Vladimir Putin Britaniya hökumətinin keçmiş rusiyalı casus Serqey Skripalın zəhərlənməsi ilə bağlı Moskvaya ünvanladığı ittihamlara cavab verib.

ÇıxışYolu.Com xəbər verir ki, “BBC” müxbiri Stiv Rozenberq Rusiyanın Skripalla bağlı insidentə görə məsuliyyət daşıyıb, daşımadığını Putindən öyrənməyə çalışıb.

Öz cavabında Putin rəsmi Londona əvvəl məsələni müstəqil şəkildə araşdırmağı və yalnız araşdırmanı yekunlaşdırdıqdan sonra Moskva ilə müzakirə etməyi tövsiyə edib.

“Qulaq asın, özünüzdə görürsünüz ki, kənd təsərrüfatı işləri ilə məşğuluq. İnsanların şəraitini yaxşılaşdırmağa çalışırıq. Siz isə hansısa faciədən danışırsınız. Əvvəl gedin bu məsələni araşdırın, sonra gələrsiz müzakirə edərik” deyə Putin bildirib.

F.M.
www.ÇıxışYolu.Com