317ade75-b14e-4be2-bba7-9af1b01379c0.webp

Putin: “Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün hər şey edir”

Baxış sayı: 116 dəfə baxılıb.

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvan ilə Bakı
arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir”.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin
Kremldə xarici səfirlərin etimadnamələrinin təqdim edilməsi mərasimində
bildirib.

“Ermənistan və Azərbaycanla əməkdaşlığımız da eyni ruhda qurulub. Biz
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Cənubi Qafqazda davamlı
sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. 2020-2022-ci illərdə ali
səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmalar çərçivəsində sülh
müqaviləsi, dövlət sərhədlərinin delimitasiyası, iqtisadi və nəqliyyat
əlaqələrinin bərpası üzərində işə dəstək verməyə davam edəcəyik”, – deyə Putin
bildirib.

Putin bildirib ki, MDB ölkələrinin liderləri ənənəyə uyğun olaraq dekabrın
sonunda toplaşacaqlar.

“Əlbəttə ki, burada Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycan səfirlərini
görməyə şadam. Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları,
təbii strateji tərəfdaşları və müttəfiqləridir. Onların liderləri ilə oktyabrda
Moskvada MDB sammiti çərçivəsində görüşmüşük. Ənənəyə uyğun olaraq dekabrın
sonunda ilin yekunlarını müzakirə etmək və gələcək planları müəyyənləşdirmək
üçün yenidən toplaşacağıq, 2025-ci ildə isə Birlik dövlətlərinin bütün
xalqlarının nail olunmasına töhfə verdiyi Böyük Vətən müharibəsində Qələbənin
80 illiyini birgə qeyd edəcəyik”, – deyə Rusiya prezidenti bildirib.

Qeyd edək ki, Rusiya prezidentinə yeni xarici səfirlərin etimadnamələrinin
təqdim edilməsi mərasimi Böyük Kreml Sarayının Aleksandr zalında keçirilib.
Mərasimdə 28 ölkənin nümayəndələri iştirak ediblər.

Source link