Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə telefon danışığında Ermənistandakı vəziyyəti müzakirə edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti ” məlumat yayıb.
Qazaxıstan dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə olan aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Liderlər beynəlxalq ictimaiyyətin Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsinə marağının artığını vurğulayıb.
Putin və Nazarbayev eyni zamanda Ali Avrasiya İqtisadi şurasının toplantısına hazırlıqları müzakirə edib, bir-birini qarşıda gələn Qələbə günü münasibəti ilə təbrik edib.
Ermənistanda etiraz aksiyaları aprelin 13-dən başlayıb. Ermənistan parlamentində yeni baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.
Bundan əvvəl mayın 1-də keçirilən səsvermədə müxalifət lideri Nikol Paşinyan baş nazir seçilməsi üçün lazımınca səs toplaya bilməyib.