Rusiya prezidenti Vladimir Putin Avstriyanın xarici işlər naziri Karin Knayslla onun toyunda rəqs edib.
ÇıxışYolu.Com xarici mətbuata istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı rəqsdən sonra toyu tərk edib və Knayslın həyat yoldaşı, iş adamı Volfqanq Maylinqerlə sağollaşıb.
Bildirilir ki, Putin yeni evlənənlərin maşını üzərində istəklərini yazıb və buradan Almaniya kansleri Angela Merkel ilə görüşmək üçün Berlinə yola düşüb.