Putin Netanyahu ilə görüşəcək

Putin Netanyahu ilə görüşəcək

Baxış sayı: 1. 670 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin Moskvaya işgüzar səfərə gələcək İsrail baş naziri Binyamin Netanyahu ilə görüşəcək.

ÇıxışYolu.Com xəbər verir ki, görüşə qədər Netanyahu “Naməlum əsgər” abidəsinin önünə əklil qoyacaq.

Netanyahu İkinci Dünya Müharibəsinin 73 illiyinə həsr olunmuş paradda iştirak edəcək.

Sonuncu dəfə İsrail baş naziri yanvarın sonlarında Moskvaya səfər etmişdi. 

Görüşlə bağlı fikirlərini bölüşən Netanyahu Putinlə İranın Suriyadakı aktivliyini və İranla bağlanmış nüvə sazişini müzakirə edəcəyini bildirib.

www.ÇıxışYolu.Com