Rusiya prezidenti Vladimir Putin özündən sonra ölkəsinə balanslaşdırılmış demokratiyanı miras qoymaq istədiyini bildirib.
ÇıxışYolu.Com “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Putin “NBC” telekanalına verdiyi müsahibədə bildirib.
Müsahibədən çıxarışların mətni Kremlin rəsmi saytında dərc olunub.
Telekanalın jurnalisti Meqin Kelli Putindən özündən sonra Rusiyaya nəyi miras qoymaq istədiyini soruşub.
“Mən sadəcə əminən ki, Rusiya balanslaşdırılmış demokratiya, texnoloji inqilabın son nailiyyətlərindən yaxşı yararlanma perspektivləri ilə əlavə güclü inkişaf dinamikasına nail olacaq. Biz bundan sonra da siyasi sistemimizin, məhkəmə sistemimizin mükəmməlləşdirilməsi üzərində işləri davam etdirəcəyik” deyə Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, bütün bunlar “Rusiya Federasiyasının və xalqının birliyini daha da möhkəmləndirəcək”.