Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
ÇıxışYolu.Com bununla bağlı RBK agentliyinə istinadla məlumat verib.
Görüş “Redisson Blyu Paradayz” hotelində baş tutub. Günün ikinci yarısında bu hoteldə Avrasiya İqtisadi Birliyinin liderlərinin görüşü keçiriləcək.
Putin qonaqları salamlayıb və Paşinyanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
“Biz Ermənistana regiondakı yaxın tərəfdaşımız və müttəfiqimiz kimi baxırıq”, – Putin deyib. O əlavə edib ki, Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır.
“Çox sevindirici haldır ki, baş nazir seçildikdən bir neçə gün sonra biz görüşə bildik”, – Putin bildirib.
“Müzakirə olunmalı bəzi məsələlər var. Rusiya və Ermənistan strateji münasibətlərinin isə müzakirəyə ehtiyac yoxdur. Əminəm ki, müttəfiqliyimiz davam edəcək”, – Paşinyan qeyd edib.