Putin pensiya islahatlarının yumşaldılmasına qərar verdi

Baxış sayı: 2. 287 dəfə baxılıb.

Putin pensiya islahatlarının yumşaldılmasına qərar verdi

Rusiya prezidenti Vladimir Putin pensiya islahatlarının yumşaldılmasına qərar verib. Pensiya yaşı qadınlar üçün 63 yaşdan 60-a endirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Putin vətəndaşlara müraciətində məlumat verib. 

“Qadınların pensiyaya çıxma yaşı 63 deyil, 60 olmalıdır. Kişilərdə isə bu yaş həddi 65 göstərilməlidir”, – prezident bəyan edib. 

Putin bildirib ki, Rusiya 90-cı illərin demoqrafik xəndəkləri ilə qarşılaşır. Onun sözlərinə görə, büdcədə pensiya sisteminin sabitliyinin saxlanması üçün kifayət qədər pul var. Dəyişikliklərin vacibliyi ilk növbədə pensiya ödənişlərinin artırılması zərurəti ilə bağlıdır, islahatlar sayəsində bu ödənişlər illik min rubla qədər artır. 

Rusiya baş naziri Dmitri Medvedev iyunun 14-də pensiya islahatlarının keçirilməsi haqqında bəyanat verib. İslahatlara görə, pensiya yaşı qadınlarda 8, kişilərdə isə 5 il müddətinə artırılıb. Sənəd Dövlət Dumasında ilk oxunuşdan keçib. 

www.ÇıxışYolu.Com