Putin rusiyalı jurnalistin “qətli” barədə

Putin rusiyalı jurnalistin “qətli” barədə

Baxış sayı: 2. 073 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin Ukrayna xüsusi xidmət orqanlarının rusiyalı jurnalist Arkadiy Babçenkonun qətlini səhnələşdirməsinə münasibət bildirib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, o bu haqda birbaşa efirdə jurnalistlərə verdiyi açıqlamada danışıb.

“Nə ilə əlaqədar olursa olsun, istənilən səhnələşdirmə qeyri-məhsuldar olur. Üstəlik bu beynəlxalq arenaya çıxarıldıqda daha pis olur.

Sizdə bilirsiz ki, beynəlxalq təşkilatlardan olan jurnalist fəaliyyəti ilə məşğul olan həmkarlarınızın hamısı Ukrayna hakimiyyətinin bu addımını bir təxribat kimi qiymətləndirdi və pislədi”, -deyə Putin bildirib.

Rusiyalı dövlət başçısı bildirib ki, jurnalistlərin təhlükəsizliyini və jurnalistika fəaliyyətinin təmin etmək hər kəsin marağında olmalıdır.

.
www.ÇıxışYolu.Com