Rusiyaya qarşı təzyiqlər tərəfdaşlarımızın bunun arzuolunan nəticələrə gətirib çıxarmayacağını anladıqları vaxt bitəcək.
ÇıxışYolu.Com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu sözləri canlı yayımda Rusiya prezidenti Vladimir Putin deyib.
“Mən dəqiq vaxt açıqlaya bilmərəm, ancaq hansı şərtlər daxilində bunun baş verəcəyini deyə bilərəm. Rusiya öz maraqlarını qorumalıdır, iqtisadi və təhlükəsizlik sahələrində maraqlarını müdafiə etməlidir.
Biz bunu etmişik və edəcəyik, ancaq biz həmişə kompromis axtarırıq.
Bu təzyiqlər bizim tərəfdaşlarımızın bunun arzuolunan nəticələrə gətirib çıxarmayacağını başa düşdükləri vaxt bitəcək”, – o deyib.