Rusiya prezidenti Vladimir Putin Peterburq beynəlxalq iqtisadi forumunda etdiyi çıxışda Qərbin sanksiya təzyiqlərini “cüdo qaydaları əsasında futbol matçına” bənzədib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“Dünyada belə bir vəziyyət yaranıb. Hamı futbol oynayır, ancaq oyunda cüdo qaydaları tətbiq olunur. Ona görə belə maraqlı bir oyun alınır, nə futbol kimi futbol, nə də cüdo kimi cüdodur- sadəcə xaosdur”, – deyə Putin bildirib.
Rusiya lideri belə vəziyyətin axırından narahat olduğunu diqqətə çatdırıb.